Məhəbbət və gözəllik şairi

 

 

   Yanvarın 30-da Xətai rayon 3 saylı MKS-də böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Məhəbbət və gözəllik şairi” adlı tədbir keçirilib.

   Kitabxananın əməkdaşı Təranə Quliyeva şairin həyat və yaradıcılığından söhbət açıb. Kitabxananın direktor müavini Şamo Orucov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri - Zərəngiz Qayalı, Güləmail Murad, Əzizə Ağahüseynqızı, Təbrizə Pünhan və başqaları şairin Azərbaycan ədəbiyyatında canlı xalq danışıq dilinin yaradıcılarından olduğunu, aşıq şeirinin qoşma janrını ədəbiyyata gətirdiyini bildirib, şairə həsr edilmiş şeirlər səsləndiriblər.

   Sonda Xətai rayonu 116 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vaqifin şeirlərindən ibarət “Məhəbbət və gözəllik şairi” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.15.