“Gürcüstanın sehrli ritmləri” tamaşaçıları məftun etdi

 

 

   Yanvarın 27-də Heydər Əliyev Sarayında “Gürcüstanın sehrli ritmləri” adlı konsert keçirilib.  

   Konsertdə Gürcüstanın populyar estrada ifaçıları Giya Nikoladze, Mariam Eliaşvili, Aysel Məmmədova, habelə beynəlxalq müsabiqələrin laureatları - “Martve”, “Samefo”, “Didgori” rəqs və vokal kollektivləri iştirak ediblər.

   Bu kollektivlərdən ən məşhuru - “Martve” ansamblının rəqqasları əfsanəvi Suxişvili adına Gürcüstan Milli Baletinin yetirmələridir. 1954-cü ildə yaradılan kollektiv ötən müddətdə dünya üzrə 250-dən çox turnenin iştirakçısı olub, 11 dəfə 5 qitəni, 88 ölkəni gəzib-dolaşıb, 12 mindən çox konsert verib. Ansamblın konsertləri 7 milyondan çox tamaşaçı toplayıb. “Martvekollektivinin rəhbəri Lela QventsadzeAnzori Sulxanaşvili, xoreoqrafları Nikolozi SaralidzeFiruz Beqauridir.

   “Gürcüstanın sehrli ritmləri” konsert proqramı, şux rəqs və ifalar paytaxt tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.16.