Gənclər Günü ilə əlaqədar tədbirlər

 

 

   Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin kitabxana filialı Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə Diyarşünaslıq klubu ilə birlikdə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirib.

   Kitabxana filialının müdiri Sevinc Alməmmədova, klubun mədəni təşkilatçısı Təranə Yusifova ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən bəhs ediblər.

   Sonra gənclərin iştirakı ilə breyn-ring intellektual bilik yarışı keçirilib. Vətənqrupu birinci, “Zəkaqrupu ikinci, “Gənclərqrupu üçüncü yeri qazanaraq fəxri fərmanla təltif olunub.

   * * *

   Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında rayonun idarə müəssisələrində çalışan gənclərin iştirakı iləGənclər zamanın nəbzidiradlı dəyirmi masa təşkil edilib.

   Tədbirdə kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri N.Manafova, Gənclər İdman idarəsinin məsul işçisi R.Salehov, kitabxanaçı A.Cəfərova başqaları çıxış ediblər. Çıxışlarda Oğuz gənclərinin uğurlarından söhbət açılıb.

   * * *

   Lerik rayon Hamarat kənd kitabxanasındaGənclik - ömrün baharıadlı tədbir keçirilib. Kitabxananın müdiri S.Əsgərova, kənd ağsaqqalı Paşa Allahverdiyev, tibb bacısı Şeyda Bəşirova tədbirdə çıxış ediblər. Gənc şair Vüqar Həmati yeni şeirləri oxuyub. Kənd orta məktəbin şagirdləriElə oğul istəyir Vətən!” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

  

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.11.