“Azərbaycan tarixiüçcildliyi nəşr ediləcək

 

    

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun cari il üçün elmi tədqiqat işlərinin təsdiqlənmiş planına əsasən üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi”, “Şəki tarixi” kitabları çap ediləcək.

   İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan tarixinin yeni nəşrində əsas diqqətin tarixi torpaqlarımızın tədqiqinə yönəldiləcəyini vurğulayıb. Alim bildirib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb.

   Hazırkı Ermənistan Respublikasının ərazisi 1918-ci ilədək Azərbaycan xalqının tarixi torpağı olubbu ərazi “Azərbaycan tarixinin yeni nəşrinə daxil ediləcək.

 

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.15.