“Məhəbbət əfsanəsi” baleti yenidən Sankt-Peterburq səhnəsində

 

 

 

   Martın 1-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Bu barədə məlumat teatrın saytında yer alıb.

   Qeyd edək ki, dünya şöhrətli əsərin ilk premyerası da 1961-ci il martın 23-də Leninqrad Akademik OperaBalet Teatrında (indiki Mariinsk Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası (Yuri Qriqoroviç) onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Türk şairidramaturqu Nazim Hikmətin pyesi əsasında yaradılan baletin uğur sirlərindən birionun dramaturgiyasındadır. İllüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulub.

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.3.