Bizim kino günləridavam edir

 

 

 

   KinoteatrlardaQatilbədii filminin nümayişi başlanır

 

   Fevralın 9-dan Mədəniyyət Turizm Nazirliyi C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə layihəsi olanBizim kino günləri 2017” layihəsi çərçivəsindəQatilbədii filminin kinoteatrlarda nümayişi başlanır.

   Xalq yazıçısı Elçinin eyniadlı pyesinin motivləri əsasında rejissor Kamran Şahmərdanın çəkdiyiQatilfilminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPluskinoteatrlar şəbəkəsində Şüvəlan Mədəniyyət evində baş tutacaq. Fevralın 15-dək davam edəcək seanslar haqqında məlumat kinoteatrların saytlarında Azərbaycanfilm”in facebook səhifəsində yerləşdiriləcək.

   Qatilfilmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

   Filmin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Psixoloji dram janrında çəkilən ekran əsərində baş rolları Eka ÇxeidzeApollon Kublaşvili canlandırırlar. Filmi Elxan Cəfərov və Mehriban Zəki səsləndirib.

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.4.