Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert proqramı

 

 

 

   Fevralın 7-də Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi Azərbaycan bəstəkarı, görkəmli pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 99-cu ildönümünə həsr edilən konsert proqramı təqdim olundu.

   Tədbirdə əvvəlcə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Bildirildi ki, Qara Qarayevin yaratdığı əsərlər bu gün dünyanın bir çox ölkələrinin konsert salonlarında səsləndirilir. Ölməz sənətkarın pedaqoji fəaliyyəti sayəsində neçə-neçə tanınmış bəstəkarlar yetişib.

   Sonra tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konsert proqramı ilə davam etdi. Şagirdlər Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyevbaşqa Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdilər.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.4.