Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti

 

 

 

   Fevralın 6-da Mədəniyyət və Turizm NazirliyiPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti keçirildi. Konsertdə tələbələr Azərbaycan və dünya xalqlarının rəqslərini ifa etdilər. Gənc rəqqasların təqdim etdikləri “Azərbaycan süitası” adlı kompozisiya, “Naz eləmə”, “Gülə-gülə” və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

   Proqram “Yallı” rəqs kompozisiyası ilə başa çatdı. Konsertin bədii rəhbəri Xalq artisti Gülağası Mirzəyev, quruluşçu baletmeysteri Xalq artisti Yusif Qasımov idi.

  

   S.Fərəcov

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.5.