Gənc istedadlar dövlət qayğısı ilə əhatə olunub

 

 

   “Gəncliyin səsi” festivalı çərçivəsində Milli Kitabxanada gənc yazarlarla görüş

  

   Fevralın 3-də Mədəniyyət və Turizm NazirliyiPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalı çərçivəsində Milli Kitabxanada gənc yazarlarla görüş keçirildi.

   Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun aparıcı məsləhətçisi, şair Elşad Ərşadoğlu (Əliyev) tədbiri açaraq bildirdi ki, ənənəvi festival günlərində yaradıcı gənclərin iştirakı ilə konsertlər, görüşlər, sərgilər təşkil olunurbugünkü görüşbu qəbildəndir.

   Vurğulandı ki, bu gün Azərbaycanda yaradıcı gənclik dövlətimizin qayğısı ilə əhatə olunub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

   Qeyd olundu ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Paytaxtla yanaşı, bölgələri də əhatə edən layihə gənclərin özlərini tanıtmaq, potensiallarını nümayiş etdirmək baxımından təqdirəlayiqdir.

   Diqqətə çatdırıldı ki, hər il bir neçə gənc yazar Prezident təqaüdünə layiq görülməsi, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi dövlətimizin gəncliyə və gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

   Daha sonra Gənc Ədiblər Məktəbinin üzvləri olan yazarlar çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Görüş gənc müəlliflərin öz yaradıcılıq nümunələrinin təqdimi və fikir mübadiləsi ilə davam etdi.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.6.