İslam həmrəyliyi ilinin mədəniyyət və turizm sahəsində rolu

 

 

 

   Bərdə Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ilinin mədəniyyət və turizm sahəsində rolumövzusunda dəyirmi masa keçirilib. Tədbirdə mərkəzin, rayon MKS, Tarix-diyarşünaslıq muzeyi və digər müəssisələrin əməkdaşları iştirak ediblər.

   Mərkəzin mütəxəssisi Əhliyyət Əliyev bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verib, dövlət başçısı tərəfindən 2017-ci ilinİslam həmrəyliyi ilielan edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu mötəbər idman tədbiri mədəni irsimizin təbliği və turizm sahəsinin inkişafına çox müsbət təsir göstərəcək.

   Sonda İslam Həmrəyliyi Oyunları ərəfəsində Bərdə Turizm İnformasiya Mərkəzi tərəfindən hazırlanan turist marşrutu planı təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.8.