Anna NetrebkoYusif Eyvazov Kanadada çıxış edəcəklər

 

 

 

   Dünya operasının ulduzu, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) və tanınmış vokalçı Yusif Eyvazov (tenor) aprelin 30-da Kanadanın Kalqari şəhərində Cek Sinqer zalında konsert proqramı ilə çıxış edəcəklər.

   Bu barədə məlumat ifaçıların və “Calgary Opera” şirkətinin saytlarında yer alıb. Konsertdə C.Verdi, C.Puççinibaşqa bəstəkarların əsərləri ifa olunacaq. Vokal cütlük Kalqari Filarmonik Orkestrinin müşayiəti ilə çıxış edəcək. Orkestrə Yader Biqnamini dirijorluq edəcək. Karyerasına İtaliyada başlayan soydaşımız Y.Eyvazov 2008-ci ildə Milanda opera müğənniləri müsabiqəsinin baş mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.10.