Gürcüstanla mədəni əlaqələrin perspektivləri müzakirə olunub

 

 

   Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 3-də bu ölkənin mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze ilə görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf perspektivləri geniş müzakirə olunub.

   Nazir M.Giorqadze bildirib ki, Azərbaycan ilə Gürcüstan dostqardaş ölkələrdir, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır.

   Səfir D.Həsənov öz növbəsində ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin olmasını məmnunluqla vurğulayaraq Azərbaycan ilə Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdən söz açıb, bu layihələrin xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini deyib. Diplomat ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı faydalı əməkdaşlıq olduğunu, eyni zamanda həllini gözləyən bəzi məsələlərin mövcudluğunu qeyd edib.

   Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.10.