Nərgiz Əliyarovanın böyük bəstəkara həsr olunan konserti

 

 

 

   Fevralın 3-də paytaxtdakı Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Əməkdar artist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın konserti keçirilib.

   Böyük bəstəkar Qara Qarayevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konsert rəngarəng proqramı ilə dinləyicilərin böyük rəğbətini qazanıb. Zövqlə dinlənən konsertdə İ.Haydn, E.LekuonaF.Listin əsərləri, Qara QarayevinYeddi gözəl” baletindən “Gözəllər gözəli”, “Vals” səsləndirilib.

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.10.