Azərbaycanlı alimin Türkiyədə kitabı çap olunub

 

  

 

   Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “Şirazionun “Gülşəni-raz” tərcüməsi” kitabı Ankara şəhərində “Manas” yayım evində işıq üzü görüb.

   Şirazi XV əsr Azərbaycan-türk ədəbiyyatının az tanınmış söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış, təsəvvüf mövzusunda yazdığı türkcə şeirlərinin sayı çox deyil. Ona böyük şöhrət qazandıran “Gülşəni-raz“ əsərinin tərcüməsidir.

   XIV əsrin böyük Azərbaycan təsəvvüf şairi Şeyx Mahmud Şəbüstərinin eyniadlı kitabından 1426-cı ildə sərbəst tərcümə yolu ilə türk dilinə çevrilmiş “Gülşəni-raz” əsəri təsəvvüf haqqında qələmə alınmış ən dəyərli qaynaqlardan biridir.

   Şirazinin “Gülşəni-raz” tərcüməsi eyni zamanda əski türkcənin sanballı örnəklərindən biridir. Şair-mütərcimin bu əsəri dilinin sadəliyi, axıcılığı və yüksək poetik özəllikləri ilə seçilir. Məsnəvi şəklində qələmə alınmış bu örnəyin diqqəti cəlb edən cəhətlərindən biri onun dilində çoxlu sayda türk kökənli əski sözlərin işlənməsidir.

  

   S.Qaliboğu

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.12.