Xalça Muzeyində çətən sənəti üzrə ustad dərsləri

 

    

   11-12 fevral tarixində Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə mühazirə və ustad dərsləri keçiriləcək.

   Çətən - eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. Naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində, arakəsmə və pərdə kimi istifadə olunur.

   Dərsləri Azərbaycan Xalça Muzeyinin xalçaçı-rəssamı, Rəssamlar İttifaqının üzvü Tariyer Bəşirov keçəcək. O, 33 ildir ki, xalçaçı-rəssam kimi fəaliyyət göstərir və bir sıra portret, tematik xalça və çətənlərin müəllifidir.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.2.