“Xəzərdə eşqin səsi”

 

 

 

   Söz” ədəbi layihəsi çərçivəsində türk şeir gecəsi

  

   Fevralın 14-də Nizami Kino Mərkəzində “Xəzərdə eşqin səsi” adlı ikinci türk şeir gecəsi keçiriləcək.

   Mədəniyyət və Turizm NazirliyiYunus Əmrə İnstitutunun Bakıdakı Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə baş tutacaq gecədə teatr sənətçiləri tərəfindən türk və Azərbaycan dillərində şeirlər səsləndiriləcək, “Savalanmusiqi qrupu və müğənni Lalə Məmmədova çıxış edəcək.

   Söz” ədəbi layihəsi çərçivəsində təşkil ediləcək gecədə Yunus Əmrədən Mövlanəyə, Orxan Vəlidən Abdurrəhim Karakoça, Nəsimidən Şəhriyara, Mikayıl Müşfiqdən Hüseyn Cavidə dilimiz, tariximiz və gələcəyimiz bir olan iki qardaş xalqın ədəbi zənginliyi görüşəcək.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.3.