Əməkdar artist Varşava Böyük Teatrında çıxış edəcək

 

 

   Azərbaycanın Əməkdar artisti, balerina Çinarə Əlizadə fevralın 8-də və martın 1-2-də Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki - Opera Narodowa) L.MinkusunDon Kixot” üçpərdəli baletində çıxış edəcək.

   Həmvətənimiz fevralın 10-da və 12-də isə “Don Kixot” baletində Kitri-Dulsineya obrazını canlandıracaq. Çinarə Əlizadə Moskvada doğulub. Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. A.Adanın “Jizel”, P.ÇaykovskininSonalar gölü”, “Şelkunçik”, “Yatmış gözəl”, S.ProkofyevinZoluşka” və digər səhnə əsərlərində çıxış edib. Rusiya Böyük Teatrının solisti, 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.4.