Tərcümə Mərkəzində “Türk ədəbiyyatı antologiyası” hazırlanır

 

 

 

   Türkiyənin Yunus Əmrə İnstitutunun Bakıdakı nümayəndəliyinin rəhbəri İbrahim Yıldırım fevralın 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

   Görüşdə qurumun Türkiyə ədəbiyyatı üzrə gördüyü işlərdən, “Xəzər” dünya ədəbiyyatı jurnalında türk ədiblərinin əsərlərinin nəşr edilməsindən, həmçinin ötən il Ankarada təqdimatı baş tutan ikicildlikMüasir Azərbaycan ədəbiyyatı antologiyası”ndan söz açılıb.

   Mərkəzin direktoru Afaq Məsud qonağa hazırda tərcüməsi başa çatdırılmış və bu ilin aprel ayında işıq üzü görməsi nəzərdə tutulanTürk ədəbiyyatı antologiyası” haqqında da məlumat verib.

   Rəhbərlik etdiyi qurumun başlıca qayəsinin türk mədəniyyəti və ədəbiyyatının dünyada tanıdılması olduğunu bildirən İbrahim Yıldırım Azərbaycanda ilk dəfə “Türk ədəbiyyatı antologiyası” kitabının ərsəyə gətirilməsini yüksək dəyərləndirib. Qeyd olunub ki, bu gün dünyanın 50-dən çox ölkəsində Yunis Əmrə İnstitutunun nümayəndəliyi fəaliyyət göstərir. Odur ki, faydalı əməkdaşlıq üçün kifayət qədər perspektivlər və imkanlar var.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.5.