Qax Kukla Teatrında yeni tamaşalar

 

 

   Qax Dövlət Kukla Teatrında repertuar planı üzrə yaradıcılıq işləri davam edir. Azərbaycan xalq nağılı əsasında hazırlananCırtdantamaşasına teatrın baş rejissoru Yusif Abdurahmanov quruluş verir.

   Rejissor Rahib Məmmədov isə Osman AbdullayevinBabanın nəsihətitamaşasını hazırlayır. Əsər elimizin sərvəti olan meşələrin qorunmasına bir çağırışdır.

   Bu il üçün daha iki tamaşanın hazırlanması nəzərdə tutulub. Dahi Azərbaycan şairi Nizami GəncəvininXeyir Şərmənzum hekayəsi əsasında hazırlanacaq tamaşa uşaqlarda xeyirxahlıq, humanizm ideyalarını aşılayacaq.

   Dramaturq Rəhman Əlizadənin “Keçəlin toyu” komediyası isə yeni quruluşda təqdim olunacaq. Hər iki tamaşanı teatrın baş rejissoru Y.Abdurahmanov hazırlayacaq.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.6.