Opera və
Balet Teatrında "Qıpçaq rəqsləri"nin premyerası
Fevralın 18-də Akademik Opera və Balet Teatrında
rus bəstəkarı
Aleksandr Borodinin "Qıpçaq rəqsləri"
baletinin premyerası keçiriləcək.
"Qıpçaq
rəqsləri"nin musiqi materialı bəstəkarın "Knyaz
İqor" operasının
tərkib hissəsidir.
A.Borodin bu operanı 18 il
ərzində yazıb
və tam olaraq bitirə bilməyib.
Qıpçaq rəqsləri hissəsini
isə bəstəkar
1875-ci ilin yayında Moskvada istirahət edərkən yaradıb.
Borodinin məktublarında qeyd olunurdu ki, həmin
ilin payızında musiqi dərnəyində səhnəyə qoyulan tamaşa dostları tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Borodinin ölümündən sonra "Knyaz İqor" operasını
onun musiqi materialları əsasında
rus bəstəkarları
Qlazunov tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük hissəsini orkestr üçün işləyib.
1890-cı il oktyabrın 23-də
Peterburqun Mariinski Teatrında "Knyaz İqor" operasının
premyerası keçirilib.
"Qıpçaq rəqsləri"nə L.İvanov
tərəfindən quruluş
verilmiş və bu rəqslər tamaşaçılarda dərin
təəssürat yaratmışdı.
Sonralar "Qıpçaq rəqsləri" müstəqil
balet tamaşası kimi dünyanın müxtəlif teatrlarında
səhnəyə qoyulub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Qıpçaq rəqsləri"
baleti Sankt-Peterburqun Mixaylovski Opera və Balet Teatrının xoreoqrafı, Rusiyanın
Əməkdar artisti Sergey
Moxnaçovun quruluşunda
səhnəyə qoyulub. Tamaşanın səhnə
tərtibatçısı Xalq rəssamı
Rafiz İsmayılov, dirijoru
Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Kütləvi səhnələrlə zəngin olan tamaşada balet truppasının bütün
artistləri iştirak edəcəklər.
Mədəniyyət.- 2017.- 10
fevral.- S.6.