Gücümüz həmrəyliyimizdədir”

 

 

 

   “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz elçiləri təqdim olunub

  

   Fevralın 8-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi “Grassroots” proqramı çərçivəsində təqdimat mərasimi keçirib. Mərasimdə IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri təqdim olunub.

   Komitənin korporativ direktoru Elçin Səfərov IV İslam Həmrəyliyi Oyunlarına üç aya yaxın vaxt qaldığı dövrdə idmançı və ulduz elçilərin ictimaiyyətə təqdim olunmasını əlamətdar hadisə kimi qiymətləndirib.

   Azərbaycanda ilk dəfə tətbiq olunacaqGrassroots” proqramı haqqında ətraflı məlumat verən korporativ direktor deyib: Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan edilməsi dünyanın 53 ölkəsindən Bakıya təşrif buyuracaq gənc fəalları bir araya gətirməklə yanaşı, bu mötəbər tədbir haqda ictimaiyyətin geniş məlumatlandırılması baxımından mühüm imkandır. Mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ilə dünyada yaxşı tanınan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrə növbəti dəfə bu mühüm yarışları təqdim etməklə yanaşı, özünün turizm potensialını, tarixini nümayiş etdirəcək”.

   Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının ulduz və idmançı elçiləri idmanın yeniyetmə və gənclər arasında daha da kütləviləşməsinə, ictimaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına marağının artırılmasına töhfə verəcəklər.

   Çıxışlardan sonra idmançı və ulduz elçilər ictimaiyyətə təqdim edilib.

   Ulduz elçilər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi-2011”in qalibi Mirələm Mirələmov yer alıb.

   “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı elçiləri isə Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvando), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvando), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atlet) və Aynur Rzayeva (boks) olublar.

   Təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi Oyunlarının mesajı olanBirlik”, “Sülh”, “Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə çatdıraraq, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

   Tədbirdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının digər ölkələrdən olan elçiləri haqda videoçarx nümayiş etdirilib. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə dünyaAsiya çempionu, IV İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktum videomüraciətində deyib:Bu proqram IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında çox mühüm rol oynayacaq. Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə yanaşı, hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdır”.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.8.