Amerikalı rejissorunŞanslı bir fil”i

 

 

 

   “YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş olunub

  

   “YARAT” Müasir İncəsənət Mərkəzində amerikalı rejissor Liza LimanınŞanslı bir filekran əsəri təqdim olunub. Ekran əsərinin nümayişi ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi, “YARAT” Film Klubunun təşkilatçılığı ilə reallaşıb.

   Tədbirdə ABŞ səfirliyinin mədəniyyət təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen “YARAT” Film Klubu tərəfindən gerçəkləşən belə layihələrin əhəmiyyətindən danışıb. Bu yöndə reallaşdırılan layihələrin ikitərəfli mədəni əlaqələrə təkan verdiyini deyən xanım diplomat gələcəkdə bu istiqamətdə daha böyük işlər görüləcəyinə əminliyini ifadə edib.

   Vurğulanıb ki, ABŞ istehsalı olan sənədli filmlərin Azərbaycanda nümayişi olduqca sevindiricidir.

   Sonra film təqdim olunubekran əsəri ilə bağlı müzakirələr aparılıb.

   Filmin süjet xətti 16 il əvvəl prodüser Devid Boldinq tərəfindən “doğmalarını” itirmiş Afrika fili - Floranı öz himayəsinə götürməsi üzərində qurulub. Ekran əsərində göstərilir ki, atıq böyümüş fil sirkdə çıxış etmək istəmir, azadlıqda, fillər arasında yaşamaq istəyir...

   Qeyd edək ki, premyerası 2010-cu ildə reallaşan ekran əsəri bir sıra festivallarda mükafatlar qazanıb.

 

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.10.