Bağ-park incəsənəti haqqında seminar

 

 

 

   Fevralın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı iləAzərbaycan Çinin bağ-park incəsənətimövzusunda elmi seminar keçirilib.

   AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Nərmin Əliyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Fərid Kərimov, AMEA-nın Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Sitarə Tarixazər klassik Çin bağının quruluş xüsusiyyətləri, Çin bağ-park incəsənətinin etik-fəlsəfi aspekti, dekorativ bağçılığın inkişaf tariximüasir Azərbaycan şəhərlərinin landşaft memarlığı təcrübəsi barədə danışıblar.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.12.