Mstislav Rostropoviçin 90 illik yubileyi qeyd olunacaq

 

 

   Prezident İlham Əliyev fevralın 10-da dünya şöhrətli musiqiçi görkəmli ictimai xadim, insan hüquq azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq artisti, Dövlət Lenin mükafatları laureatı Mstislav Rostropoviçin anadan olmasının 90 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

   Sərəncamda qeyd olunur ki, Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış ən mötəbər konsert salonlarında simfonik orkestr dirijoru kimi çoxsaylı çıxışları ilə ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir. Öz doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsində Rostropoviçin müstəsna xidmətləri var.

   Sərəncamda Mədəniyyət Turizm Nazirliyinə Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.2.