ÇippolinoMilli Dram Teatrının səhnəsinə çıxacaq

 

 

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı Canni RodarininÇippolinoəsəri əsasında eyniadlı tamaşa hazırlanır.

   Tamaşa Çingiz Ələsgərovun yeni səhnə redaksiyası əsasında ərsəyə gələcək.

   Səhnə əsərinin rejissoru musiqi tərtibatçısı Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistentləri Nərmin Həsənova Firuzə Balayevadır.

   Tamaşanın premyerası mart ayında keçiriləcək.

   Qeyd edək ki, italyan yazıçının məşhur əsəri hazırda Azərbaycan Dövlət Kukla Teatrının repertuarındadır.

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.2.