Sonsuz dəhliz” sənədli filmi Praqada göstəriləcək

 

 

 

   Fevralın 27-də Avropa Azərbaycan Cəmiyyətinin Benelüks ofisi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dəstəyi ilə Praqada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini təşkil edəcək. Tədbirdə “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunacaq.

   Sonsuz dəhliz” filmi prodüser Aleksandras Brokas (Litva) və “Qremmi” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.

   Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub.

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.2.