Almaniya orkestri Firəngiz Əlizadənin əsərlərini ifa edib

 

 

 

   Almaniyanın “H.Sikorskimusiqi jurnalının üz qabığında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin portreti verilib, nəşrdə 2017-ci ilin dünya şöhrətli bəstəkarın yubiley ili olması barədə məqalə dərc edib.

   Məqalədə Firəngiz Əlizadənin bir sıra ölkələrdə müəllif konsertlərinin, müxtəlif əsərlərinin ifasının planlaşdırıldığı qeyd olunur. Diqqətə çatdırılır ki, ABŞ-ın “Kronoskvarteti Firəngiz xanımın “Oazis”, “Muğamsayağı”, həmçinin yeni “Rəqs” kvarteti ilə qastrollara start verib.

   Almaniyanın “Drezden Simfoniettaorkestri ötən ay Polşada müvəffəqiyyətlə çıxış edərək F.Əlizadənin “Crossing-II” əsərini müasir musiqinin pərəstişkarlarına təqdim edib. Fevralın əvvəlində isə orkestr Drezdendə maraqlı repertuarla çıxış edib.

   Konsertdən əvvəl çıxış edən Firəngiz Əlizadə tamaşaçıların suallarını cavablandıraraq, öz yaradıcılıq üslubu haqqında və ifa olunan əsərin yaranma tarixi barədə məlumat verib.

   Almaniyanın məşhur musiqişünası Silviya Metsger, orkestrin dirijoru Mixail Hortsmann bəstəkarın əsərləri haqqında danışıblar. Konsert Firəngiz Əlizadənin əsərinin səslənməsi ilə davam edib.

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.3.