Xalq artisti Belarus teatrında çıxış edəcək

 

 

   Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, Xalq artisti, professor Azər Zeynalov Belarus Milli Akademik Böyük Opera Balet Teatrının səhnəsində çıxış edəcək.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, A.Zeynalov italyan bəstəkarı R.LeonkovallonunPayatsıoperasında əsas partiyalardan biri - Kanio partiyasını ifa edəcək.

   20 ildən artıqdır ki, OperaBalet Teatrının səhnəsində çıxış edən Xalq artisti milliklassik opera tamaşalarında bir çox parlaq obrazlar yaradıb. Kanio onun böyük ustalıqla ifa etdiyi vokal obrazlardandır.

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.2.