Azərbaycan rusiyalı turistlərin səyahət onluğuna daxil olub

 

 

   TurStatagentliyi Rusiya turistləri üçün 2016-cı ildə ən populyar xarici ölkələrin adlarını açıqlayıb.

   2016-cı ildə Azərbaycan rusiyalı turistlər arasında populyarlığına görə ilk onluğa düşüb. Belə ki, ötən il Rusiyadan ölkəmizə 740 min turist gəlib. Azərbaycana gələn xaricilər arasında rusiyalı turistlər birinci yeri tutur.

   “TurStat”ın araşdırmasına görə, Tunis, Mərakeş, Kipr, KubaVyetnam 2016-cı ildə Rusiyadan gediş turizminin ən yüksək artım tempini göstərib. Moskva, Sankt-PeterburqSoçi isə turistlərin ən çox üz tutduqları şəhərlər hesab edilib.

 

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.4.