Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbirlər

 

 

 

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət ocaqlarında görkəmli bəstəkar, SSRİ Xalq artisti, maestro Niyazinin (1912-1984) anadan olmasının 105 illiyi münasibətilə tədbirlər keçirilib.

   İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyindəki Əsgər Həsənov adına Malbinəsi kənd 7 illik Uşaq musiqi məktəbində, şəhər 1 nömrəli Uşaq musiqi məktəbində, Aran qəsəbə Uşaq musiqi məktəbində, habelə idarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbində, Tərtər rayon nümayəndəliyinin tabeliyindəki Tərtər şəhər Uşaq musiqi məktəbində konsert proqramları təşkil olunub. Musiqi və mədəniyyətimizin inkişafında maestronun rolundan söz açılıb, şagirdlər Niyazinin əsərlərindən nümunələr səsləndiriblər.

  

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.5.