Şahdağ Turizm Mərkəzi snoubord həvəskarlarını dəvət edir

 

 

 

   Qış idmanı və dağ-xizək turizminin həyəcan dolu yarışmalarından olan snoubord həvəskarları fevralın 18-19-da Şahdağ Turizm Mərkəzində toplaşacaq.

   Şahdağ Turizm Mərkəzi və “Red Bullun təşkilatçılığı ilə keçiriləcək tədbirin qonağı tanınmış snoubordskeytbord ustası Maksim Kruqlov olacaq.

   Maksim Kruqlov iştirakçılara snoubord idmanının “park” və “friraydüslubu üzrə master-klass keçərək, snoubord sürmənin incəlikləri haqqında tövsiyələr verəcək. Qeyd edək ki, yerlər məhdud olduğundan tədbirdə iştirakçı kimi çıxış etmək istəyənlər artıq seçilib.

   Tədbir çərçivəsində snoubord üzrə “The Fourth Phase” filminin təqdimatı da keçiriləcək. Tədbirin ikinci günü iştirakçılar arasında yarış olacaq Maksim Kruqlov tərəfindən seçiləcək qalibə Şahdağ Turizm Mərkəzi tərəfindən hədiyyə təqdim olunacaq.

   Mədəniyyət Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Şahdağ Turizm Mərkəzində qış mövsümündə hər il ənənəvi olaraq bu cür həyəcan maraq dolu tədbirlər təşkil edilir. Xüsusilə gənclərin həvəs göstərdiyi bu cür tədbirlər böyük marağa səbəb olduğundan, növbəti aylarda xizəkçilik üzrə master-klassın da təşkil edilməsi nəzərdə tutulur.

 

 

  Mədəniyyət.- 2017.- 15 fevral.- S.9.