Gənc yazarın kitabı təqdim edildi

 

 

 

   Fevralın 11-də “Kitabevim.az” kitab mağazasında gənc yazar Pərviz SeyidlininPişik qızkitabının fotosərgisinin təqdimatı keçirildi.

   Təqdimatda çıxış edən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi gənc müəllifin yaradıcılığından söz açdı. Bildirdi ki, onun özünəməxsus dünyagörüşü Azərbaycan gəncinin bugünkü ədəbi mühitdə rolunu ifadə edir. Hekayə şeirləri mütəmadi olaraqUlduzAzərbaycanjurnallarında çap edilir.

   Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova Pərviz Seyidlini həm zövqlü musiqi duyumuna malik gənc rejissor kimi yüksək dəyərləndirdi, ona gələcək işlərində uğurlar arzuladı.

   Tənqidçi Əsəd Cahangir, fəlsəfə doktoru Mail Yaqub, rejissor Yaşar Əhməd digərləriPişik qızromanındakı obrazlar, əsərin bədii məziyyətləri haqqında danışdılar. Sonda müəllif tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi.

   Qeyd edək ki, Pərviz Seyidli Mədəniyyət İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir neçə qısametrajlı film çəkib, “Dəfnə ağaçıSən olmasaydın. Qisasseriallarının ssenari müəllifidir. Maraqlı fiqur yaxud siçan qadınhekayəsi əsasında Əməkdar artist Vidadi Həsənovun quruluşunda tamaşa hazırlanıb. Pişik qızromanı universitet tələbələrinin xaotik həyat tərzi başlarına gələn hadisələrdən bəhs edir. Təqdimatda sərgilənən fotolar isə obrazların prototipləri idi.

  

   Lalə Azəri

 

  Mədəniyyət.- 2017.- 15 fevral.- S.10.