Əməkdar artist Kübra Dadaşova vəfat edib

 

 

 

   Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kübra Məmmədağa qızı Dadaşova uzun sürən xəstəlikdən sonra 2017-ci il fevralın 12-də 59 yaşında vəfat edib.

   Kübra Dadaşova 1957-ci il avqustun 31-də tanınmış teatr xadimi, aktyor, Əməkdar artist Məmmədağa Dadaşovun ailəsində anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Yaradıcılıq fəaliyyətinə tələbə ikən - 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan aktrisa, ömrünün sonuna qədər bu sənət ocağında çalışıb, bir-birindən maraqlı dramatik komik rollar ifa edib.

   Cicixanım (“Qonşu qonşu olsa, kor qız ərə gedər”, R.Əfəndiyev), Mənzərə (“Pul dəlisi”, Ə.Orucoğlu), Nazlı (“O da mənəm, bu da”, D.Mehdi), Mürəbbiyə (“Danışan gəlincik”, A.Şaiq), Xeyransa (“Nəsrəddin”, Y.Əzimzadə), Qəmərbanu, Ziba xala, Zübeydə (“Mahmud Məryəm”, “ dəvə”, “Buzovna kəndinin əhvalatları”, Elçin), Rəhilə (“Ah, qadınlar, qadınlar”, M.Haqverdiyev), Zümrüd (“Mən səni sevirəm”, Ə.Əmirli) digər obrazlar aktrisanın zəngin yaradıcılığının bir hissəsidir.

   İstedadlı aktrisa gənc yaşlarından bir sıra televiziya tamaşalarında filmlərdə (“Yalan”, “Yuxu”, “Ölüm növbəsi s.) müxtəlif rollara çəkilib.

   Milli səhnə mədəniyyətimizin inkişafında xidmətlərinə, qazandığı sənət uğurlarına görə 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

   Kübra Dadaşovanın əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.

   Allah rəhmət eləsin.

  

   Mədəniyyət Turizm Nazirliyi

   Azərbaycan Teatr Xadimləri İttifaqı

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

 

  Mədəniyyət.- 2017.- 15 fevral.- S.14.