“Birlikdə bayram edirik

 

 

   İsveçrədə beynəlxalq festivalda Azərbaycan rəqsləri rəğbətlə qarşılanıb

  

   Fevralın 11-də İsveçrənin Bazel şəhərində “Birlikdə bayram edirik” adlı beynəlxalq festival keçirilib. On beş ölkənin təmsil olunduğu festivalda Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə ölkəmizin mədəniyyətinin də təqdimatı keçirilib.

   Tədbir zamanı İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrup Azərbaycan milli rəqslərindən ibarət proqramla bir neçə dəfə çıxış edibbu çıxışlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 300-dən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində iştirakçılar Azərbaycan şirniyyatlarının da dadına baxıblar.

 

  Mədəniyyət.- 2017.- 15 fevral.- S.16.