Rusiyalı rəssam və sənətşünas tələbələri ilə Bakıya gələcək

 

 

 

   Rusiyanın tanınmış teatr rəssamı, sənətşünas Aleksandr Vasilyev fevralın 23-dən 28-dək Bakıda səfərdə olacaq. “Moskva-Bakı” saytının verdiyi məlumata əsasən, səfər “Aleksandr Vasilyevin ziyarət məktəbi” layihəsi əsasında reallaşacaq.

   Bakıya tələbələri ilə birlikdə gələcək qonaq onları Azərbaycanın tikmə sənəti və geyim mədəniyyəti ilə yaxından tanış edəcək. Bu barədə öz şəxsi saytında məlumat verən A.Vasilyev bildirib ki, fevral ayında biz qonaqpərvər Bakıya səfər edəcək, bu şəhərin tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı qazanacağıq.

   Aleksandr Vasilyevin layihəsi və yaratdığı məktəb 2005-ci ildən fəaliyyətdədir. Bu günə kimi layihə üzrə Türkiyə, Mərakeş, İtaliya, Özbəkistan və digər ölkələrin mədəni irsi, tikmə sənəti nümunələri öyrənilib.

  

 

Mədəniyyət.- 2017.- 17 fevral.- S.5.