Göy əbədiyyət” Qırğızıstan telekanallarında

 

   Azərbaycan sənətkarlarına həsr olunan konsert nümayiş olunub

  

   Xəbər verdiyimiz kimi, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik OperaBalet Teatrında böyük Azərbaycan müğənniləri Rəşid Behbudovun 100 illiyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuşGöy əbədiyyət” adlı qala-konsert keçirilib. Bu günlərdə konsert Qırğızıstanın İctimai TeleviziyaRadio Yayım Korporasiyasında (KTRK) tam olaraq göstərilib.

   Konsert bundan əvvəl KTRK-nın “Mədəniyyət” kanalında nümayiş etdirilmişdi.

   Konsertin lent yazısının televiziya ilə nümayişindən əvvəl ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucovun və Qırğızıstan OperaBalet Teatrının baş direktoru Bolotbek Osmonovun tədbirdəki çıxışları verilib. Çıxışlarda Azərbaycanın zəngin mədəniyyəti, ölməz sənətkarlar Rəşid BehbudovMüslüm Maqomayev haqqında bəhs olunub.

  

 

Mədəniyyət.- 2017.- 17 fevral.- S.5.