Azərbaycan üçün potensial turizm bazarları
Bu gün
dünyanın əksər
ölkələrindən Azərbaycana
turistlər gəlir.
Amma prioritet bazarlar çox vaxt qonşu ölkələr
olur. Çünki
bu, səyahət etmək üçün daha az vaxt və vəsait
tələb edir. Müvafiq ölkə ilə birbaşa hava əlaqəsinin (xüsusilə
aşağı büdcəli)
olması, ölkənin
daxili siyasi vəziyyəti, dil baryeri də bir çox turistlərin istiqamət seçimi zamanı nəzərə aldığı
amillərdəndir.
Ölkəyə giriş-çıxışı
təmin edən mürəkkəb viza rejiminin xüsusiyyətləri,
eləcə də ciddi sərhəd-buraxılış
rejimi müasir dünyada turizmin inkişafına təsir göstərən əsas
maneələrdən biri
hesab olunur. Elə bu baxımdan prioritet ölkələr kateqoriyası üçün,
ilk növbədə, ya
ölkəyə vizasız
daxil olma, ya da sadələşdirilmiş
viza rejimi tətbiq olunur.
Bu prinsipləri
nəzərə alan ölkəmizdə
də bu sahədə bir sıra uğurlu addımlar atılıb. Bir sıra ölkələrin
(MDB) vətəndaşları Azərbaycana vizasız, yaxud sadələşdirilmiş
viza əldə etməklə səfər
edə bilirlər.
“ASAN viza” sisteminin
tətbiqi isə, ümumiyyətlə, ölkəmizə
elektron viza alınmasını 3 gündə
mümkün edir.
Əsas hədəf ölkələri
“Azərbaycan Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ində
ölkəmizin turizm bazarının beş
əsas formalaşma istiqaməti qeyd olunub. Bunlar yerli turistlər, Türkiyə, İran, Gürcüstan və Rusiya daxil olmaqla
qonşu ölkələr,
Səudiyyə Ərəbistanı,
Bəhreyn, Küveyt, İraq, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləri
də daxil olmaqla Fars körfəzi regionu ölkələri, Qazaxıstan, Ukrayna və Özbəkistan da daxil olmaqla
MDB ölkələri, Kanada,
Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya və ABŞ da daxil olmaqla
kütləvi turizm ölkələridir.
Son illər
Azərbaycanda daxili turizm geniş yayılsa da, artım üçün böyük imkanlar mövcuddur. İldə
turizm məqsədilə
ölkə daxilində
1,5-2 milyon Azərbaycan vətəndaşının
səyahət etməsi
bu göstəricinin artan templə davam edəcəyini deməyə əsas verir.
Azərbaycanın turizm sektoruna
xaricdən tələbat
daha çox Gürcüstan, İran, Türkiyə və Rusiya kimi qonşu
ölkələrdəndir. Bu ölkələrin də hər birindən Azərbaycana gələn turist sayında ildən-ilə artım müşahidə
olunur. Coğrafi yaxınlıq, ümumi
mədəni dəyərlər
bu ölkələrdən
turist axınına səbəb olan amillərdir. Statistik göstəricilər
də bunu təsdiq edir. Ötən il ölkəmizə gələn
xarici vətəndaşların
ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran
(10,9 faiz) vətəndaşları
çoxluq təşkil
edib. Bir sıra ölkələrin,
o cümlədən Qətər,
Oman, Səudiyyə Ərəbistanı,
Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları
üçün hava limanında viza rəsmiləşdirməsi turist
sayında ciddi artıma zəmin yaradıb. 2015-ci illə müqayisədə 2016-cı ildə
İordaniyadan 2 dəfə,
Küveytdən 3,2 dəfə,
Qətərdən 5,5 dəfə,
Səudiyyə Ərəbistanı
və Omandan 10 dəfə, Birləşmiş
Ərəb Əmirliklərindən
22 dəfə, İraqdan
30 dəfə çox
turist gəlib. Ortaq ənənələrə, tarixi
və mədəni cəhətlərə malik
olan regionların bir çox ölkələri üçün
Azərbaycan ixtisaslaşmış
turizmdə (ən çox tələbatın
olduğu sahə) mərkəz rolunu oynaya bilər.
Qarşıda duran vəzifələr
Strateji Yol Xəritəsinə
uyğun olaraq ölkəmizə daha çox xarici turistin cəlb olunması üçün
marketinq siyasətinin düzgün qurulması, pioritet bazarların araşdırılması, təbliğat
və tanıtım layihələrinə xüsusi
önəm veriləcək.
Yaxın
Şərqdən olan
turistlər şəhər
gəzintisi, alış-veriş
və ovçuluq turları daha çox maraq göstərdiyi halda, avropalı turistlər isə daha çox
mədəni turizmə
meyllidir. Bu turistlərin Azərbaycana
cəlb olunması üçün ölkəmiz
böyük potensiala malikdir.
Daha uzaq ölkələrdən
Azərbaycana turistlərin
cəlb olunmasında mədəni, tarixi və təbii zənginliklərlə yanaşı,
unikal sağlamlıq turizmi potensialı da öz sözünü
deyə bilər.
Bu işlərin həyata keçirilməsində
yaradılması nəzərdə
tutulan Milli Turizm Təbliğat Bürosunun üzərinə
böyük vəzifələr
düşür. Hədəf ölkə
və şəhərlərin
seçilməsində ilk növbədə,
qonşu ölkələr
Bakı şəhərinin,
o, cümlədən ölkəmizin
turizm potensialının
təşviqi üçün
əsas bazar olacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2017.- 17
fevral.- S.9.