Göygölün turizm imkanları Almaniyada
təqdim olunacaq
Mart ayında Almaniyanın Berlin şəhərində keçiriləcək beynəlxalq turizm yarmarkasında Göygöl rayonu ölkəmizin turizm məkanı kimi təqdim olunacaq. Bununla bağlı Göygölə səfər edən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova bildirib ki, 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin yaranmasının 200 illik yubileyi UNESCO səviyyəsində qeyd olunacaq. Bu, vaxtilə almanların yaşadığı Göygöl (keçmiş Helelendorf) şəhərinin turizm imkanlarının Almaniyada təqdimatı üçün mühüm fürsətdir.
Azərbaycanda alman izlərinin araşdırılması və
tədqiqinə böyük önəm verilir. Göygölə səfər
çərçivəsində mövcud
turizm müəssisələri, əsrarəngiz
mənzərəli yerlər, yerli sənətkarlar
haqqında, eləcə də şəhərdəki alman məskənləri, şəxsi evlər,
kilsə, alman qəbiristanlıqları
barədə ətraflı məlumatlar toplanaraq
təhlil olunub, bölgə üzrə
maddi mədəniyyət abidələrinin
alman turistlərinə təqdimetmə
imkanları araşdırılıb.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.9.