“Səhnə. Ekran. Efir

 

 

 

   Yazıçı-dramaturq Aqşin Babayevin yeni kitabı işıq üzü görüb

  

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, yazıçı-dramaturq Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı kitabı işıq üzü görüb.

   “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxan kitabda müəllifin 17 pyesi verilib. Mövzusu real həyatımızdan alınan bu əsərlərin böyük bir qismi teatr səhnələrində nümayiş olunub, Azərbaycan Televiziyası və Radiosunun “qızıl fonduna daxil edilib.

   Aqşin BabayevinOğul”, “Bir parça həyat”, “Yaralar”, “Kim nə deyər...”, “Nekroloq”, “Olmuş əhvalat”, “Dəvətnamə”, “Gecikmiş bahar” və başqa pyesləri teatr səhnələrində və televiziya ekranlarında nümayiş etdirilib, radio dalğalarında səsləndirilib. Onun ulu öndər Heydər Əliyevə həsr etdiyiXilaskarpyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2017.- 17 fevral.- S.15.