Novruz mühazirəsi”ndə Xalq yazıçısı ilə görüş

 

 

 

   Fevralın 21-də İçərişəhərdəki “Muğam klubda Təhsil NazirliyininNovruz mühazirələri” üzrə ilk görüş keçirilib.

   Görüşdə Xalq yazıçısı Çingiz AbdullayevSözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusunda çıxış edib. Yazıçı həyatının və yaradıcılığının maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən söz açıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, gəncləri bədii ədəbiyyat oxumağa dəvət edib.

   Tədbirdə məlumat verilib ki, “Novruz mühazirələri” layihəsinin məqsədi təhsilin və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Ötən ildən reallaşdırılmağa başlanılan mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı mövzularından bəhs ediblər.

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.2.