“Şəhid şəhər” adlı uşaq rəsm sərgisi
Fevralın 24-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” uşaq rəsm sərgisi keçiriləcək.
Mövzu ilə bağlı
keçirilən uşaq rəsm
müsabiqəsində Tofiq
İsmayılov adına məktəb, Lənkəran şəhəri
Əsəd Əsədli adına Rəssamlıq Məktəbi,
Günəşli qəsəbəsi “Əlifba” Tədris Mərkəzi
və Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası xüsusi
fəallıq göstərib, o cümlədən,
Gəncədən, Ucardan və
Bakının müxtəlif məktəblərindən 300-dən
çox uşaq 400-ə
yaxın əl işi ilə tədbirə
qatılıb. Xətai Sənət Mərkəzində
təşkil olunacaq sərgidə 110
uşağın 118 rəsmi nümayiş
olunacaq.
Mədəniyyət.- 2017.- 22
fevral.- S.3.