Lütfi Məmmədbəyov yad olunacaq

 

 

   Fevralın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatrkino xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçiriləcək.

   Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə unudulmaz aktyorun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.

   L.Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb. Böyük aktyorluq məktəbi keçən sənətkar doğma sənət ocağının səhnəsində bir neçə tamaşaya quruluş verməklə yanaşı, həm də 60-dan çox televiziya tamaşasının rejissoru olub.

 

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.3.