Mədəniyyət sərvətlərinin qanunsuz ticarəti ilə mübarizəyə dair seminar

 

   Fevralın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyət sərvətlərinin qanunsuz ticarəti ilə mübarizədə istintaq texnikalarının təkmilləşdirilməsi” mövzusunda Tvininq layihəsi üzrə seminar işə başladı.

   Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə tədbiri açaraq seminar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, nazirliyin Avropa İttifaqı (Aİ) ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində 4 günlük seminar nəzərdə tutulub.

   Şöbə müdiri vurğuladı ki, hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında Haaqa Konvensiyası 1954-cü ildə qəbul edilibbu gün də qüvvədədir. 60-dan çox ölkə bu konvensiyanın iştirakçısıdır. Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur.

   Diqqətə çatdırıldı ki, bu gün Azərbaycana məxsus bir çox mədəni sərvət nümunələri dünya muzeylərində ölkəmizin adı qeyd olunmadan təqdim edilir: “Biz öz milli mədəni dəyərlərimizə biganə qalmamalıyıq. Mədəniyyət obyektlərinin qanunsuz daşınması və hüquqi mexanizmləri əhatə edən seminarda müzakirə və təcrübə mübadiləsi aparılacaq. Müzakirələr mədəni irsin mühafizəsinə dair beynəlxalq normalara, ikitərəfli və çoxtərəfli əməkdaşlığa, UNESCO tövsiyələrinə, BMT qətnamələrinə əsaslanacaq. Bu sahədə beynəlxalq təcrübə haqqında məlumat veriləcək”.

   İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığın İtaliya-Azərbaycan əlaqələrinə töhfə olacağını vurğuladı. Bildirdi ki, fevralın 22-də İtaliyanın iqtisadi inkişaf naziri Azərbaycana gələcək və səfər çərçivəsində mədəniyyət sahəsində sərmayələrin qoyulması məsələləri də müzakirə mövzusu ola bilər. Bu gün Azərbaycan-İtaliya mədəni əməkdaşlığı iki xalqın bir-birinə hörmətindən qaynaqlanır. Xalqlarımız arasında olan xoş münasibətlər və oxşarlıqlar müəyyən layihələrin asanlıqla gerçəkləşməsinə şərait yaradır.

   Sonra Tvininq layihəsi üzrə təlimçi Paolo Giorgio Ferri haqqında məlumat verildi. Bildirildi ki, o, prokuror kimi Roma Tribunalında çalışıb, qanunsuz ticarətçilər əleyhinə İtaliyada, bir sıra Avropa ölkələrində, eləcə də ABŞ, YaponiyaAvstraliyada müxtəlif istintaq işlərini aparıb.

   Daha sonra seminar işə başladı. P.G.Ferri UNESCO sistemi regional səviyyədə mədəni irsin mühafizəsində ən vacib vasitələr mövzusunda məruzə etdi öz təcrübəsini bölüşdü. Məruzədə həmçinin ikitərəfli çoxtərəfli razılaşmalar, anlaşma memorandumu müqavilə modeli, mədəni abidələr sənədləşmə, mədəniyyət sərvətlərinin qanunsuz ticarəti ilə bağlı tətbiq edilən sanksiyalar haqqında məlumatlar diqqətə çatdırıldı.

   Seminar müzakirələrlə davam etdi.

   Qeyd edək ki, fevralın 24-dək davam edəcək seminarda Mədəniyyət Turizm Nazirliyi, Baş Prokurorluq, Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd, Dövlət Təhlükəsizlik Dövlət Miqrasiya xidmətlərinin nümayəndələri iştirak edir.

  

   Lalə Azəri

  

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.5.