Buktreyler festivalı ikinci dəfə təşkil olunacaq

 

 

 

   2016-cı ildə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler festivalı keçirilmişdi. Festival Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Kitab Günü (23 aprel) ərəfəsində gerçəkləşmişdi.

   Festivalın təsisçisi Ruslan Sabirlinin bildirdiyinə görə, cəmiyyətdə böyük marağa səbəb olan layihə bu il ikinci dəfə keçiriləcək. Bu il də Mədəniyyət və Turizm Nazirliyi festivalın keçirilməsinə təşkilati dəstək verəcək. Təsisçi nazirliyin layihəyə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib. O, ölkə mediasını builki festivala da informasiya dəstəyi verməyə çağırıb.

   Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarxya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. İşlərin son qəbul tarixi 10 apreldir. Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytından əldə etmək olar.

 

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.5.