Milli Qəhrəman haqqında filmin nümayişi
Nizami Kino Mərkəzində Xocalı faciəsinin 25-ci
ildönümü ilə
bağlı Azərbaycanın
Milli Qəhrəmanı
Vəzir Sədiyev haqqında çəkilmiş
“Dəmir mayor” sənədli
filminin nümayişi
keçirilib.
Filmin rejissoru Zamin
Məmmədov, ssenari
müəllifi Vüqar
Əsgərov sənədli
lentin ərsəyə
gəlməsindən danışıblar.
Milli Qəhrəmanın ailə
üzvləri Vəzir
Sədiyev haqqında xatirələrini bölüşüblər,
onun professional hərbiçi
olması barədə
söz açıblar.
Çıxış edənlər bu
mövzuda filmlərin
gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda
yetişmələrində böyük rol oynadığını vurğulayıblar.
Tədbirdə Bakı Şəhər
Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində Mədəni
tədbirlərin təşkili və yaradıcı gənclərlə
iş üzrə mərkəzin əməkdaşları
iştirak edib.
Mədəniyyət.- 2017.- 22
fevral.- S.11.