Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı Tədbirlər Planı təsdiqlənib

 

 

   Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Bakı şəhərində IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

   Sərəncama əsasən, Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinə və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.

 

Mədəniyyət.- 2017.- 27 fevral.- S.2.