Violonçel ifaçısının
İngiltərədə konsert proqramları
Tanınmış violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev mart ayında İngiltərədə konsert proqramları ilə çıxış edəcək.
İstedadlı musiqiçi martın 1-də Londonda Kral Musiqi Kollecində “Open Day” konsertində səhnəyə çıxacaq. Martın 4-də ifaçı Mançesterdə, martın 22-də Londonda “James’ Piccadilly” kilsəsində, martın 25-də isə Londonda “St Michael & All Angels” kilsəsində konsert verəcək.
Camal Əliyev
Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə,
Çin və başqa ölkələrdə bir sıra beynəlxalq
festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan
musiqi ifaçılığı tarixində ilk dəfə
BBC radiosunda orkestrin müşayiəti ilə solo
çıxış edib.
Mədəniyyət.-
2017.- 24 fevral.- S.5.