Şəhid haqqında kitab təqdim edilib

 

 

   Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şəhid Bayram Məmmədova həsr olunmuşBayramsız Laçın, Laçınsız Bayramkitabının təqdimatı keçirilib. Qeyd olunub ki, nəşr yazıçı-publisist Rauf İlyasoğlunun 2008-ci ildə çap olunmuşHeyf səndən, ay Laçınkitabının davamı olaraq yenidən işlənilib əlavə məlumatlar da daxil edilməklə oxuculara təqdim edilir.

   Kitab Vətənimizin müdafiəsi, azadlığı, ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş Bayram Məmmədovun qısa, lakin şərəfli döyüş yolundan bəhs edir. Kitaba şəhidin atası Məhəmməd Mürsəloğlunun xatirələri, eləcə igid qəhrəman haqqındaHəkəriqəzetində dərc olunmuş məqalə şeirlər, döyüş dostlarının doğmalarının xatirələri daxil edilib.

   Qeyd olunub ki, şəhidin adını daşıyan Laçın rayonu Minkənd kənd orta məktəbində də kitabın təqdimatı keçirilib. Şəhidin atası tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

 

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.6.