Kağız qəbirfilmi nümayiş olunub

 

 

   Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə çəkilmişKağız qəbirfilminin təqdimatı keçirilib.

   Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.

   Qeyd olunub ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə ictimaiyyətə təqdim olunacaq.

   Ssenari müəllifi rejissoru Elçin Arifoğlu olan filmdə baş rolları aktyorlar Anar Əliyev Leyla Babayeva canlandırıblar.

  

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.6.