“İpək Yolunda növbəti görüşlərədək

Şəkidə ənənəvi beynəlxalq musiqi festivalı uğurla başa çatıb

  

   Xəbər verdiyimiz kimi, iyunun 27-dən iyulun 1-dək Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İranGürcüstandan gəlmiş rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

     

   Yay teatrında “Təbriz” rəqs qrupunun çıxışı

  

   İyunun 29-da axşam saatlarında “Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında tamaşaçılara qonşu İrandan gəlmiş “Təbriz” rəqs qrupunun konserti olub.

   Konsertin əvvəlində məlumat verilib ki, “Təbriz” rəqs qrupu uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvinin rəhbərliyi ilə çıxış edir. Qrup instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Türkiyə və Danimarkada konsertlər verib.

   Ramin Qəznəvinin ifasında “Bizim yerdə” mahnısı ilə başlayan proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə qrupun rəhbərinə festivalın rəmzi simvolunu təqdim edib.

  

   İzmir kollektivinin konserti alqışlarla qarşılanıb

  

   Festivalın son iki günü də rəngarəng konsert proqramları ilə yadda qalıb.

   İyunun 30-da əvvəlcə XVIII əsrə aid tarixi-memarlıq abidəsi - “Yuxarı Karvansaraymehmanxana-kompleksinin həyətində Türkiyədən gəlmiş kollektiv - İzmir Dövlət Türk Dünyası Rəqs və Musiqi Topluluğu çıxış edib.

   Məlumat verilib ki, ansambl 2008-ci ildə fəaliyyətə başlayıb, 2011-ci ildən kollektivə Mehmet Əli rəhbərlik edir. Kollektivin əsas məqsədi həmin ölkələrin səs, saz, rəqs sənətlərini təbliğ etməkdən ibarətdir. Ansambl bu məqsədlə Anadolu, Mosul, Kərkük, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Krım, Başqırdıstan və digər ölkə və diyarların ənənəvi türk musiqi və rəqslərini toplayaraq nota köçürüb. Kollektiv davamlı olaraq konsertlər, televiziyaradio proqramları, qastrollar təşkil etməklə türk dünyasının musiqi və rəqslərini fərqli ölkələrdə tanıdır.

   İzmir kollektivinin solisti Yusuf Bayırbeyin türk və Azərbaycan dilində ifa etdiyi bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən xüsusilə alqışlanıb. Sonda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.

  

   Gürcüstanın uşaq rəqs kollektivi “İpək Yolunda

  

   İyunun 30-da axşam musiqisevərlərə Gürcüstanın “Toligeuşaq xoreoqrafik ansamblının konserti təqdim olunub. Yay teatrında keçirilən konsertin əvvəlində kollektiv haqqında məlumat verilib. Bildirilib ki, “Toligexoreoqrafik ansamblı 2012-ci ildə Diana BliadzeDavid Pridonaşvili tərəfindən yaradılıb. Ansamblın tərkibi 12-15 yaşlı uşaqlardan ibarətdir. Kollektiv bir neçə dəfə Bolqarıstanda və Türkiyədə qastrol səfərlərində olub, bu ölkələrdə təşkil edilən musiqi festivallarında mükafata layiq görülüb.

   Konsertdə ansamblın təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər, həmçinin Şəkinin gənc musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

   Konsertdən sonra Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda fəal iştirak etdiklərinə görə Gürcüstan rəqs kollektivinə minnətdarlıqlarını bildiriblər. Qonaq heyətə xatirə hədiyyələri təqdim olunub.

  

   Hərbi orkestr Şəki festivalının səhnəsində

  

   Festivalın sonuncu günü tamaşaçılar “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konsertinə baxıblar.

   Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestri ilk dəfə 2004-cü il iyunun 21-də Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan orkestr müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir, tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında konsertlər verir.

   Orkestrin repertuarını müxtəlif janrlı əsərlər - klassik, caz, estradapopulyar musiqi təşkil edir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına üstünlük verilir. Orkestr ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda da iştirak edib. Kollektivin bədii rəhbəri və dirijoru kapitan Səməd Vəkilovdur.

   Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyalarından, Corc BizeninKarmen” operasından, Hans ZimmerinQladiator” filmindən musiqi parçaları, həmçinin solistlər Tural Ağayev və Fəxri Kazım Nicatın ifasında Müslüm Maqomayevin “Azərbaycan”, “Mavi əbədilik”, David Tuxmanovun “Qələbə günü”, Rauf Hacıyevin “Azərbaycan” və digər bəstəkar mahnıları alqışlarla qarşılanıb. Kollektivə festivalın xatirə hədiyyələri təqdim olunub.

  

   Musiqi bayramının bağlanış mərasimi

  

   İyulun 1-də axşam festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri Xalq artisti Munis Şərifovdur.

   1996-cı ildən fəaliyyət göstərən ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunansonralar tamamilə unudulan qədim musiqi alətlərindən - çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, qopuz, nüzhə, dümbək və neydən ibarət olmasıdır. Musiqiçilər bu alətlərdə XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq və bəstəkar mahnılarını ustalıqla ifa edirlər.

   Ansambl musiqi mədəniyyətimizi ölkəmizdə və beynəlxalq səviyyədə layiqincə təmsil və təbliğ edir. Kollektiv Rusiya, Özbəkistan, Tacikistan, Macarıstan, Türkiyə, Almaniya, Fransa, İsveçrə, İordaniya, Hindistan və digər ölkələrdə səfərlərdə olub.

   Konsertdə ansambl və solistlər - Əməkdar artist Nuriyyə Hüseynova və xanəndə Hüseyn Məlikovun ifa etdiyi qədim musiqilər, xalq mahnıları tamaşaçılara xoş əhval yaşadıb.

   Sonra festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, tədbirin yüksək səviyyədə keçirilməsinə görə şəhər İcra Hakimiyyətinə, şəkililərə təşəkkürünü bildirib.

   İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Bəstəkarlar İttifaqına minnətdarlığını ifadə edib.

   Qədim musiqi alətləri ansamblının bədii rəhbəri, Xalq artisti Munis Şərifova festivalın xatirə hədiyyəsi təqdim olunub. Həmçinin Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, festivalın televiziya yayımına və tədbirlərin operativ işıqlandırılmasına görə Azərbaycan TeleviziyaRadiosu, AZƏRTAC-ın bölgə müxbiri şəhər rəhbərliyi tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Mədəniyyət.-2017.- 5 iyul.- S.8.